İraqda Məhəmmədi şəhəri azad edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i211462-İraqda_məhəmmədi_şəhəri_azad_edildi
İraq ordusu və xalq qüvvələri ölkənin qərbində yerləşən Məhəmmədi şəhərini terrorçuların işğalından azad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2016 16:40 Asia/Baku
  • İraqda Məhəmmədi şəhəri azad edildi
    İraqda Məhəmmədi şəhəri azad edildi

İraq ordusu və xalq qüvvələri ölkənin qərbində yerləşən Məhəmmədi şəhərini terrorçuların işğalından azad ediblər.

Əl-Məyadin informasiya kanalı cümə axşamı bildirib ki, İraq ordusu və xalq qüvvələri Əl-Ənbar vilayətində yerləşən Məhəmmədi şəhərini terrorçuların işğalından azad ediblər.

Deyilənlərə görə, bu əməliyyat zamanı onlarla İŞİD terrorçusu öldürülüb.

İraqdan daxil olan başqa bir məlumata görə, İŞİD terrorçuları 6 nəfəri Fəllucə şəhərində İraq dövləti xeyrinə casusluq etməkdə ittiham və edam ediblər.

Fəllucə Mosul şəhərindən sonra İraqın Neynəva vilayətində yerləşən ikinci böyük şəhər olaraq İŞİD terrorçularının əsas bazalarından sayılır.

İŞİD terrorçuları 2014-cü ilin iyun ayından İraqın müəyyən hissələrini işğal edərək, dəhşətli cinayətlər törədiblər.