Diyalə vilayətində onlarla iraqlı ailə məskunlaşdırılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i211858-diyalə_vilayətində_onlarla_iraqlı_ailə_məskunlaşdırılıb
250-dən çox didərgin iraqlı ailə Diyalə vilayətindəki evinə qayıdıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 20, 2016 13:23 Asia/Baku
  • Diyalə vilayətində onlarla iraqlı ailə məskunlaşdırılıb
    Diyalə vilayətində onlarla iraqlı ailə məskunlaşdırılıb

250-dən çox didərgin iraqlı ailə Diyalə vilayətindəki evinə qayıdıb.

İraqın Əlmislə xəbər agentliyi bazar günü xəbər verib ki, bu ölkənin şərqindəki Diyalə vilayətinin bəzi məntəqələrində, o sıradan Cəlula məntəqəsində dinclik və təhlükəsizliyin bərqərarından sonra 251 didərgin iraqlı ailə öz evinə geri dönüb.

Bu məlumata görə, didərgin iraqlı ailələrin Diyalə vilayətinə geri dönmələri proqramının başlanması zamanından bəri bu vilayətdə 3500 ailə məskunlaşdırılıbdır.

İraq məntəqələrində didərginlərin geri dönmələri proqramı bir neçə ay bundan öncə təhlükəsizlik qüvvələrinin ahəngdarlığı ilə başlanıb.

İŞİD terror qrupu 2014-cü ilin iyunundan bəri qeyri-insani hərəkətlərlə İraqın bəzi vilayətlərinin durumunu gərginləşdirib və milyonlarla nəfərin didərgin düşməsinə səbəb olubdur.