İraq ordusu və müqavimət qüvvələri 15 kəndi azad ediblər
-
İraq ordusu və müqavimət qüvvələri 15 kəndi azad ediblər
İraq ordusu Mosulun azad edilməsi əməliyyatı çərçivəsində indiyə kimi şəhərin cənub hissəsində yerləşən 15 kəndə nəzarəti təmin edib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, İraq ordusu və xalq müqavimət qüvvələri Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatının davamında, şəhərin cənubunda yerləşən 15 şəhəri terrorçulardan təmizləyib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, İraq ordusu Mosul şəhərinin azad edilməsi əməliyyatını davam etdirirlər.
Neynəva polisinin rəisi ordu generalı Bəhaül-İzavi deyib: Biz ötən 2-3 gün ərzində Mosul şəhərinə doğru irəliləyərək, Mosula gedən yolun üzərində yerləşən bir çox kəndi terrorçulardan azad etmişik.
Bir iraqlı hərbçi də deyib: İŞİD-in məhvi qaçılmazdır və bizim məqsədimiz də elə budur.