Türkiyə sərhədi ilə 80 terrorçu Suriyaya girib
-
Türkiyə sərhədi ilə 80 terrorçu Suriyaya girib
Rusiya Müdafiə Nazirliyi Türkiyə vasitəsi ilə əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının 80 terrorçusunun Suriyaya daxil olduğunu bildirib.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bildirib: Əl-Nüsrə Cəbhəsi terror qruplaşmasına bağlı 80 terrorçu Türkiyə sərhədindən keçərək İdlib vilayətinə daxil olub.
Rusiya və ABŞ-ın anlaşması və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən İŞİD və əl-Nüsrə Cəbhəsi terror qruplaşmaları atəşkəsə aid deyil və Cenevrədə Suriya Sülh Danışıqlarında iştirak etmirlər.
Suriyada böhran 2011-ci ildən quruluşun devrilməsi məqsədilə ABŞ və müttəfiqləri, o cümlədən Ərəbistan, Qətər və Türkiyənin dəstəklədiyi terror qruplaşmalarının irimiyqaslı hücumları ilə başlandı. Bu böhrandan 5 il keçsə də, Suriya dövləti və xalqı öz quruluşunu qorumuşdur.