Ərdoğanın Ankaranın PKK ilə razılaşmanı pozması ittihamına reaksiyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i216205-Ərdoğanın_ankaranın_pkk_ilə_razılaşmanı_pozması_ittihamına_reaksiyası
Türkiyə prezidenti bu ölkə kürdlərinin tabeliyində olan partiyanın dövlətin PKK ilə razılaşmanı pozmasına dair iddasını rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 25, 2016 05:42 Asia/Baku
  • Rəcəb Tayyıb Ərdoğan
    Rəcəb Tayyıb Ərdoğan

Türkiyə prezidenti bu ölkə kürdlərinin tabeliyində olan partiyanın dövlətin PKK ilə razılaşmanı pozmasına dair iddasını rədd edib.

Anadolu xəbər agentliyinin məlumatına görə, Rəcəb Tayyıb Ərdoğan bazar günü Türkiyənin cənubundakı Adana vilayətində deyib ki, bu ölkə dövləti PKK ilə əsla razılığa gəlməyibdir ki, onu pozmuş olsun.

Bu sözlər Xalqların Demokratik Partiyasının Türkiyə parlamentindəki nümayəndəsi Çağlar Dəmirəlin sözlərinə reaksiyada söylənir ki, dövləti PKK ilə 2015-ci il fevral razılaşmasını pozmaqda ittiham edibdir.

Dəmirəlin sözlərinə görə, Türkiyə dövlətinin PKK ilə sülh üçün yol aça biləcək bu razılaşmaya etinasızlığı bu ölkəni qanlı döyüşlər səhnəsi edibdir.

Türkiyə ordusu ilə PKK arasında qarşıdurma elə bir halda yanvar ayından bərpa olunubdur ki, Türkiyə dövləti 2012-ci ilin dekabrından bu qrupla müzakirəyə girmişdi.