İraqın qərbində çoxlu sayda terrorçu öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i216427-İraqın_qərbində_çoxlu_sayda_terrorçu_öldürülüb
İraq ordusunun müxtəlif bölgələrdə keçirdiyi əməliyyatlar nəticəsində onlarla İŞİD terrorçusu öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2016 06:52 Asia/Baku
  • İraqın qərbində çoxlu sayda terrorçu öldürülüb
    İraqın qərbində çoxlu sayda terrorçu öldürülüb

İraq ordusunun müxtəlif bölgələrdə keçirdiyi əməliyyatlar nəticəsində onlarla İŞİD terrorçusu öldürülüb.

Əl-Şərq əl-Ousət İnformasiya Agentliyinin məlumatına görə, İraq ordusu əl-Anbar vilayətinin əl-Kərəmə, əl-Buşəcəl və Nazim, eləcə də paytaxt Bağdadın qərb bölgələrində irəliləyərək 77 terrorçunu məhv edib.

İraq ordusu bu əməliyyatlarda İŞİD-ə məxsus pulemyotla təchiz olunmuş 9 avtomobil, terrorçuların 7 mövqeyini məhv edib və 69 bombanı zərərsizləşdirib.

İraqdan əldə olunan digər məlumata görə, ordu İŞİD əleyhinə koalisiyanın hərbii hava dəstəyi ilə 16 terrorçunu öldürüb və əl-Anbar vilayətində İŞİD-in mövqelərini məhv edib. Bu əməliyyatda həmçinin əl-Anbar vilayətinin əl-Səcər və Fəllucə bölgələrində terrorçuların iki bombaqayırma sexi məhv edilib.

Həmçinin İraq ordusunun ağır artilleriyası Ər-Rəmadinin qərbində əl-Dulab bölgəsinə hücumda 13 terrorçunu məhv edib.

İraq 2014-cü il iyun ayından İŞİD terror qruplaşmasının şimal və qərbdə bəzi bölgələri işğal etməsi ilə böhranla üzləşmişdir. Son bir neçə ayda İraq ordusu və xalq səfərbər qüvvələri bir neçə şəhəri, o cümlədən Ər-Rəmadi və Tikriti İŞİD terrorçularının işğalından azad edə bilmişlər.