İraqın paytaxtı adi duruma qayıdıb
-
İraqın paytaxtı adi duruma qayıdıb
İraqın paytaxtı Bağdadın böhranlı vəziyyəti adi duruma qayıdıbdır.
Frans-Press-in məlumatına görə, təhlükəsizlik qüvvələrinin Bağdadda dincliyin bərqərarı, həmçinin iraqlı etirazçıların Bağdadın yaşıl məntəqəsində təyin olunmuş məntəqəyə geri dönmələri və parlament binasının tərk edilməsi üzrə səyləri ilə Bağdadda dinclik hakim kəsilib və avtomobillərin şəhərdə hərəkəti adiləşibdir.
Təkcə yaşıl məntəqənin ətrafı bağlıdır.
İraq məclisinin sədri Səlim Əlcəburi şənbə günü gecə aksiyaçıların parlament və baş nazirlik binalarına daxil olmalarına reaksiyada Sədr qrupunun sədri Muqtəda Sədrdən istəyibdir ki, etirazçıları məclis binasından çıxarsın.
İraq prezidenti Fuad Məsum da bu ölkənin baş naziri və parlament sədrini İraqın siyasi hadisələrini araşdırmaq üçün bazar günü təcili iclas keçirməyə çağırıb.
İraqlı aksiyaçıların Bağdadın yaşıl məntəqəsinə hücum etmələri və onların bəzilərinin parlament binasına daxil olmalarının ardınca Bağdad əməliyyat komandanlığı bu şəhərdə fövqəladə vəziyyət elan etmişdi.
İraqdakı böhran bu ölkə məclisindəki siyasi qrupların ixtilaflarından qaynaqlanır və baş nazir Heydər Əlibadiinin yeni nazirlər kabinetinin tərkibinin elan olunması ilə şiddətlənibdir.