İraqda siyasi vəziyyət
-
İraqda siyasi vəziyyət
Bağdadın yaşıl məntəqəsində siyasi çəkişmələrin artması və piketçilərin aksiyasının davam etməsi ilə bu gün bu şəhərdə güclü təhlükəsizlik tədbirləri görülüb.
Sədr cərəyanının tərəfdarları İraq məclisindən çıxaraq, bəzi xarici tərəflərin reallaşmasının ardınca olduqları fitnəni nakam qoydular.
İraqın baş naziri Heydər Əlibadi parlamentdən baxış keçirərək, milli həmrəyliyə təkid edib. İraqın prezidenti Fuad Məsum da bir bildirişdə ölkənin üç hakimiyyət qüvvəsinin başçılarını xüsusi iclasa çağırıb.
Sədr tərəfdarlarının Bağdadın yaşıl məntəqəsinə qarşı yürüşü korrupsiya ilə mübarizə tərzi barədə siyasi razılaşmanın olmamasına etiraz olaraq keçirilsə də, məclis üzvlərinin döyülməsi və ümumi əmlakın dağıdılması İraqı hərc-mərcliyə çəkmək üzrə koordinasiya edilmiş bir fitnə elan olunubdur.
Hərçənd Sədr tərəfdarları hələ yaşıl məntəqədən çıxmayıblar və piket keçiriblər, amma böhrana son qoymaq üzrə danışıqlar davam edir.
-Əksər vilayətlərdən gəlmişik. Bizim əsas hədəfimiz hərc-mərclik deyil, islahatdır. Amma bəziləri bundan sui-istifadə etmək istəyirlər.
Xalq arasında reytinqə malik olan ən böyük şiə fraksiyası olan Milli Birlik siyahısı və Xalq Könüllüəri Komandanlığı birbaşa danışıqlarla siyasi böhranı həll etməyə çalışırlar. Zira bu böhran hazırkı şəraitdə terrorçuların sui-istifadəsinə gətirib çıxara bilər. Bununla belə, yaşıl məntəqədə və İraq məclisində çaxnaşma tərəfdarları özlərinin əsl simalarını büruzə veriblər.
Xarici medialar dünən gecə və bu gün İraqdakı siyasi ixtilafları böyük göstərməyə və onu silahlı qüvvələrə çəkməyə çalışıblar.
-Neçə ildir ki, xalqın problemlərinin həllini istəyirik, amma indiyədək bir kəs cavabdeh deyil.
Bəzi daxili tərəflər də xalq və dövlətlə həmrəylik yerinə, “Milli Qurtuluş Dövləti” adlı bir dövlətin təşkilini istəyiblər və məlum deyildir ki, bu, İraqı hansı səmtə doğru aparacaqdır.
Bağdadın yaşıl məntəqəsindəki olaylar İraqın ən mühüm təhlükəsizlik hadisəsini xəbər sükutunda qoyubdur.
İllər boyu terrorçuların işğalı altında olan Kərkükün şiə sakinli Əlbəşir şəhərinin azad edilməsi İŞİD-ə ağır zərbə vurubdur.