PKK-nın Türkiyə hökuməti ilə mübarizə üçün yeni planı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i217660-pkk_nın_türkiyə_hökuməti_ilə_mübarizə_üçün_yeni_planı
PKK-nın sözçüsü bu qrupun Türkiyə hökuməti ilə mübarizə üzrə yeni planından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2016 15:38 Asia/Baku
  • PKK-nın Türkiyə hökuməti ilə mübarizə üçün yeni planı
    PKK-nın Türkiyə hökuməti ilə mübarizə üçün yeni planı

PKK-nın sözçüsü bu qrupun Türkiyə hökuməti ilə mübarizə üzrə yeni planından xəbər verib.

İRNA-nın məlumatına görə, Sərhəd Amannus bildirib: PKK-nın Ankara ilə müharibə üçün yeni planı qarşıdurmaların Türkiyənin bütün şəhərlərinə sürüklənməsidir.

Amanus bildirib: PKK bu planda öz proqramlarını mərhələ-mərhələ irəlilədəcək və bundan sonra Türkiyənin türk sakinli şəhərlərində də qarşıdurmalar yaradacaq.

Türkiyə ordusu və PKK arasında atəşkəs anlaşmasının 2015-ci il iyul ayında ləğv olunmasından sonra, Türkiyənin cənub-şərqində kürdsakinli bölgələrdə tərəflər arasında qarşıdurmalar yenidən başlayıb.