Suriyanın şimal-qərbində onlarla terrorçu məhv edilib
-
Suriyanın şimal-qərbində onlarla terrorçu məhv edilib
Suriyanın şimal-qərbindəki döyüşlərdə onlarla terrorçu məhv edilib.
Frans-Press-in məlumatına görə, Suriya və Rusiya qırıcılarının Suriyanın şimal-qərbindəki İdlib vilayətinə qarşı hücumlarında Cibhətunnusrə terrorçularından azı otuz nəfər öldürülüb və onlarla nəfər yaralanıbdır.
Bu hücumlarda terror qruplarının əlində olan Suriyanın şimal-qərbindəki "Əbulzuhur" hərbi hava limanı hədəfə alınıb.
Digər tərəfdən, Suriyanın şimalında yerləşən Hələb şəhərinin qərbindəki Həndərat düşərgəsinin ətrafında gedən döyüşlərdə Əhrarulşam və Fəcrulşam terror qruplarının başçıları və üzvlərindən bir qrupu məhv edilib.
Suriyalı qüvvələr cümə axşamı günü Həndərat düşərgəsinin bəzi hissələrini öz nəzarətlərinə almağa müvəffəq olublar.
Terrorçular habelə sosial şəbəkələrdə Fəcrulşam-ın tabeliyində olan hərbi komandir Əbu Əlvəlid Əlşəbəl və Əhrarulşam-ın komandanı Əbu Əlmutəəssimin öldürülməsini etiraf ediblər.
Dəməşq ətrafından da xəbər lər gəlir ki, müqavimət qüvvələrinin Diyrələsafir məntəqəsində keçirdikləri əməliyyat zamanı Cibhətunnusrə terrorçularından azı 25 nəfər öldürülüb.
Suriya 2011-ci ildən terror qruplarının bu ölkədə iştirakı ilə üz-üzədir.
Terrorçular bu müddətdə həmin ölkədə bir çox cinayətlər törədiblər.