BMT sionist rejimin hərəkətini pislədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i218566-bmt_sionist_rejimin_hərəkətini_pislədi
BMT-nin Humanitar Yardımlar Koordinasiya Ofisi sionist rejim məmurlarının fələstinlilərin evlərinə hücumu, dağıdılması və onların əmlakının müsadirə olunmasını Cenevrə 4-cü konvensiyasına zidd adlandırıb və bu rejim başçılarından işğal olunmuş Fələstin ərazilərində insanlığa qarşı istənilən hərəkətə son qoymasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 19, 2016 05:17 Asia/Baku
  • BMT sionist rejimin hərəkətini pislədi
    BMT sionist rejimin hərəkətini pislədi

BMT-nin Humanitar Yardımlar Koordinasiya Ofisi sionist rejim məmurlarının fələstinlilərin evlərinə hücumu, dağıdılması və onların əmlakının müsadirə olunmasını Cenevrə 4-cü konvensiyasına zidd adlandırıb və bu rejim başçılarından işğal olunmuş Fələstin ərazilərində insanlığa qarşı istənilən hərəkətə son qoymasını istəyib.

BMT-nin işğal olunmuş Fələstin ərazilərində Humanitar Yardımlar Koordinasiya ofisinin məsul şəxsi Robert Payper bir bəyanat verərək sionist rejim məmurlarının Cəbəl əl-Baba məntəqəsində fələstinli sakinlərin evlərinə hücumu və əmlakının müsadirə olunmasını sərt şəkildə qınayıb.

BMT rəsmisinin bildirdiyinə görə, humanitar yardımlarla fələstinlilər üçün tikilən evlərdən yeddisi bu hücumda viran olub və digər 3 evin materialları rejim məmurları tərəfindən müsadirə olunub.

Payper xatırladıb: Sionist rejim məmurlarının qeyri-insan hərəkəti nəticəsində Şərqi Qüdsdə Cəbəl əl-Baba məntəqəsində 22 nəfəri azyaşlı uşaq olan 49 fələstinli ev-eşiksiz qalıb.