May 23, 2016 11:22 Asia/Baku
  • Əl-İbadinin fərmanı ilə Fəllucənin azadlığı əməliyyatı başlandı
    Əl-İbadinin fərmanı ilə Fəllucənin azadlığı əməliyyatı başlandı

İraqın əl-Anbar vilayətinin ikinci ən böyük və strateji şəhəri Fəllucənin azad olunması əməliyyatı bu ölkə baş naziri Heydər əl-İbadinin fərmanı ilə ötən gecə başlanıb.

İRNA-nın məlumatına görə, İraq ordusu, könüllü qüvvələri və polis əməkdaşlarının ilk qrupu İŞİD terror qruplaşmasının maneələrini keçərək bir neçə istiqamətdən Fəllucə şəhərinə daxil olublar.

Könüllü qüvvələrinə yaxın dairə deyib: Bu əməliyyatda İraq ordusunun ağır artilleriyası və polis qüvvələri və çevik alay iştirak edir.

Bu arada İraq baş naziri və Ali Baş komandan Heydər əl-İbadi ötən gecə Fəllucənin azad olunması əməliyyatının başlanmasına fərman verərək deyib: Tezliklə bu şəhərin əhalisi azad olunacaq və İraq bayrağı bu şəhərdə dalğalanacaq.

İŞİD terror qruplaşmasının işğalında olan strateji Fəllucə şəhəri 3 il öncə Mosulun işğalından təxminən 6 ay qabaq İŞİD tərəfindən işğal edilib.

Teqlər