Riqqənin şimalında ağır döyüş
https://azeri.sahartv.ir/news/qərbi_asia-i219175-riqqənin_şimalında_ağır_döyüş
Riqqənin şimalında ağır döyüşlər davam edir. 35 kürd və 25 İŞİD-çi ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 25, 2016 08:54 Asia/Baku
  • 
Riqqənin şimalında ağır döyüş
    Riqqənin şimalında ağır döyüş

Riqqənin şimalında ağır döyüşlər davam edir. 35 kürd və 25 İŞİD-çi ölüb.

Riqqənin şimalında qarşıdurmaların şiddətlənməsi ilə İŞİD bomba qoyulmuş avtomobillə ABŞ-ın dəstəyinə malik 35 kürd qüvvəsini öldürüb.

Bildirilir ki, əksəriyyəti kürd qüvvəsi olan təxminən 30 min qüvvə Riqqənin şimalının azad olunması əməliyyatında iştirak edir. Belə ki, 2-ci mərhələ uğurlu olduğu halda Riqqə şəhərinin azad olunmasına başlasınlar.

Bu qüvvələrin kənarında bölgənin ərəb və türkmən köçəri qüvvələri, o cümlədən Riqqə vilayətinin yerli sakinləri iştirak edir. Bildirildiyinə görə, kürdlər Riqqədə Vaşinqtonla müştərək əməliyyat otağı vasitəsi ilə koordinasiya edirlər.

Kürd dairələrin bildirdiyinə görə, Riqqə vilayətinin İŞİD-dən azad olunması əməliyyatında Suriya Demokratik qüvvələrindən 35 nəfər həlak olub.

Riqqənin şimalının azad olunması əməliyyatı Suriyada döyüş səhnəsində əsas əməliyyatlardan hesab olunur. Bu əməliyyat döyüş meydanında çoxlu dəyişikliklər yaradacaqdır. Xüsusilə də İŞİD Homs və Hələb şəhərləri ətrafında, həmçinin İraqda cəhbələrdə məğlub olmuşdur.