Fəllucə azadlıq ərəfəsində
May 25, 2016 13:41 Asia/Baku
-
Fəllucə azadlıq ərəfəsində
İraqın qərbində əl-Anbar vilayətinin 2-ci önəmli şəhəri olan Fəllucənin ətraf bölgələrinin azad olunmasından sonra, bu şəhərin İŞİD terrorçularının işğalından azad olunması əməliyyatının 2-ci mərhələsi başlanıb.
İraq polisi rəisi bildirib: İraq qüvvələri əl-Kərmə və Fəllucə arasındakı yollar və kəndlərin hamısını İŞİD terrorçularından azad ediblər. Hal-hazırda İraq qüvvələri azad olunmuş bölgələri təmizləməklə məşğuldurlar.