İraq rəsmisi: Fəllucədə öldürülən İŞİD terrorçuları əsasən xarici ölkə vətəndaşlarıdırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i219280-İraq_rəsmisi_fəllucədə_öldürülən_İŞİd_terrorçuları_əsasən_xarici_ölkə_vətəndaşlarıdırlar
İraq polisinin rəisi Fəllucənin azad edilməsi əməliyyatında öldürülən terrorçuların 80%-nin iraqlı olmadığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2016 10:23 Asia/Baku
  • Fəllucədə öldürülən İŞİD terrorçuları əsasən xarici ölkə vətəndaşlarıdırlar
    Fəllucədə öldürülən İŞİD terrorçuları əsasən xarici ölkə vətəndaşlarıdırlar

İraq polisinin rəisi Fəllucənin azad edilməsi əməliyyatında öldürülən terrorçuların 80%-nin iraqlı olmadığını bildirib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Raid Şakir Cəvdət çərşənbə günü Fəllucənin azadlığı uğrunda gedən döyüşlərdə yüzlərlə terrorçunun öldürülməsinə işarə edib və deyib: Öldürülən terrorçuların 80%-dən çoxu xarici ölkə vətəndaşıdır.

İraq polisinin rəisi əlavə edib: Fəllucənin azad edilməsi əməliyyatında həmçinin, onlarla bomba quraşdırılmış avtomobil məhv edilib və İŞİD tərəfindən quraşdırılmış minlərlə mina və partlayıcı qurğu zərərsizləşdirilib.

Cəvdət həmçinin deyib: Fəllucənin azad edilməsi əməliyyatının davamında şəhərin ətrafında yerləşən bir neçə kənd artıq terrorçulardan təmizlənib.

Fəllucə şəhərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı ordu və xalq qüvvələrinin birgə iştirakı habelə, hava qüvvələrinin dəstəyi ilə davam edir.

Fəllucə şəhəri 2013-cü ildə İŞİD tərəfindən işğal edilib.