İraqın qərbində əl-Kərmə şəhəri azad olunub
-
İraqın qərbində əl-Kərmə şəhəri azad olunub
İraq ordusu qüvvələri ölkənin qərbində əl-Kərmə şəhərini İŞİD terror qruplaşmasının işğalından azad ediblər.
İRNA-nın məlumatına görə, İraqın Mərkəzi Polis rəisi Raid Şakir Cövdət bu gün bir bəyanat bildirib: İraqın Mərkəzi Polis müştərək qüvələri və könüllü qüvvələr Fəllucənin şimal-şərqində əl-Kərmə şəhərini İŞİD terror qruplaşmasının işğalından azad edib və İraq bayrağı bu şəhərin polis binası və came məscidinin üzərinə sancılıb.
Əl-Anbar vilayətinin tabeliyində olan əl-Kərmə, əl-Səqlaniyyə və Fəllucə şəhərləri İraq paytaxtının qərbində təhlükəsizlik üçbucağını təşkil edirlər.
Başqa bir məlumata görə, İraq könüllü qüvvələri Fəllucənin azad olunması əməliyyatının davamında, Əl-Kərmə, Fəllucə və əl-Səqlaniyyə arasında İŞİD terror qruplaşmasına yardım xətlərini tamamilə kəsiblər.
Əl-Anbar vilayətinin Fəllucə şəhərinin azad olunması əməliyyatı 23 maydan 6 istiqamətdən başlayıb və hələ də davam edir.