BMT Suriyada 200 min didərgin barədə xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i220366-bmt_suriyada_200_min_didərgin_barədə_xəbərdarlıq_etdi
BMT-nin Humanitar Məsələlər Agentliyi bazar ertəsi günü xəbərdarlıq edib ki, Minbəc şəhəri yaxınlığında Suriya kürdləri ilə İŞİD terror qruplaşması arasında qarşıdurma nəticəsində 216 min nəfər didərginlik təhlükəsi ilə üzləşib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2016 15:24 Asia/Baku
  • Suriya
    Suriya

BMT-nin Humanitar Məsələlər Agentliyi bazar ertəsi günü xəbərdarlıq edib ki, Minbəc şəhəri yaxınlığında Suriya kürdləri ilə İŞİD terror qruplaşması arasında qarşıdurma nəticəsində 216 min nəfər didərginlik təhlükəsi ilə üzləşib.

Röytersin məlumatına görə, bu şəhərdə indiyə qədər 20 min nəfər evsiz qalıb.

BMT-nin Humanitar Məsələlər Agentliyi şəhər əhalisinin İŞİD-in nəzarətində olan bölgələrdən çıxdığı zaman maneələrlə üzləşə biləcəyini bildirərək xatırladıb ki, sivillər sığınacaq, su, ərzaq və dərman çatışmazlığı kimi problemlərlə qarşı-qarşıyadır.