Əl-Ənbar vilayətində onlarla terrorçu məhv edilib
-
Əl-Ənbar vilayətində onlarla terrorçu məhv edilib
İraq ordusunun Əl-Ənbar vilayətinin Fəllucə şəhərində həyata keçirdiyi əməliyyatlarda onlarla terrorçu məhv edilib.
Sky News Arabia-nın verdiyi məlumata görə, Fəllucə əməliyyatının komandanı Əbdül-Vəhhab Əssaidi bu şəhərin cənubunda yerləşən Əşşühəda məhəlləsinin azad edilməsindən və bu əməliyyatda 42 İŞİD terroçusunun məhv edilməsinən xəbər verib.
Fəllucə əməliyyatının komandanı deyib: İraq ordusu qüvvələri İŞİD terrorçularının əsas qərargahlarından biri hesab olunan Nəzal məhəlləsinə hücuma hazırlaşır.
İraq xalq qüvvələri komandanlarından olan Sami Əl-Məsudi də Fəllucənin Əşşühəda məhəlləsinə baxış keçirərkən deyib: Terrorizm ilə mübarizə qüvvələri və İraq xalq qüvvələrinin əməkdaşlığı və səyləri nəticəsində terrorizmin məğlubiyyəti yaxınlaşır.
Fəllucə əməliyyatı ötən may ayının 23-dən İraq ordusu, Əl-Həşd Əl-Şəbi, Polis qüvvələri və tayfaların iştirakı ilə başlanıb , bu əməliyyatda strateji əhəmiyyətə malik olan Əl-Kərəmə və Əssəqlaviyyə şəhərləri eləcə də bir sıra kəndlər terrorçuların nəzarətindən çıxarılıb.