İraq ordusu Mosulun azadlığı əməliyyatı üçün hazırlaşır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i221515-İraq_ordusu_mosulun_azadlığı_əməliyyatı_üçün_hazırlaşır
İraq ordusunun yeni qüvvələri Neynəva vilayəti və onun mərkəzi olan Mosulu İŞİD-in işğalından azad etmək əməliyyatına başlamaq üçün hazırlaşırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2016 07:58 Asia/Baku
  • İraq ordusu Mosulun azadlığı əməliyyatı üçün hazırlaşır
    İraq ordusu Mosulun azadlığı əməliyyatı üçün hazırlaşır

İraq ordusunun yeni qüvvələri Neynəva vilayəti və onun mərkəzi olan Mosulu İŞİD-in işğalından azad etmək əməliyyatına başlamaq üçün hazırlaşırlar.

İRNA-nın məlumatına görə, İraq qüvvələrinin əl-Anbar vilayətinin Fəllucə şəhərində ağır döyüşləri ilə yanaşı ordunun yeni qüvvələri çərənbə günü Mosulun cənubuna daxil olub və nəzərdə tutulmuş bölgələrdə yerləşiblər. Belə ki, Neynəva vilayəti və onun mərkəzi olan Mosulu azad etmək əməliyyatına hazırlaşsınlar.

İraq qüvvələri ağır hərbi silahlarla təchiz olunub və Mosulun cənubudna Məxmur bölgəsində yerləşib.

Çərşənbə günü İraq ordusu və könüllü qüvvələri Neynəva vilayətində terror qruplaşmalarının mövqelərinə hücum edərək bir daha Mosulun cənubunda Nasir şəhərciyini terrorçuların işğalından azad edib.

Digər tərəfdən Fəllucə şəhərində ağır döyüşlər gedir və İraq qüvvələri bu şəhərin mərkəzinə daxil olmağa və dövlət binalarına çatmağa çalışırlar.

Fəllucənin azad olunması əməliyyatı may ayının 23-də başlanıb və Fəllucənin tabeliyində olan əl-Kərmə və əl-Səqlaviyyə şəhərləri azad olunub və onlarla kənd İŞİD terror qruplaşmasından təmizlənib.