Əl-İbadi İraqın xalq səfərbər qüvvələrini müdafiə edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i222058-Əl_İbadi_İraqın_xalq_səfərbər_qüvvələrini_müdafiə_edib
İraqın baş naziri bir daha xalq səfərbər qüvvələrinin ( Əl-Həşd Əl-Şəbi) İŞİD ilə mübarizədə iştirakına təkid edib
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2016 14:34 Asia/Baku
  • Əl-İbadi İraqın xalq səfərbər qüvvələrini müdafiə edib
    Əl-İbadi İraqın xalq səfərbər qüvvələrini müdafiə edib

İraqın baş naziri bir daha xalq səfərbər qüvvələrinin ( Əl-Həşd Əl-Şəbi) İŞİD ilə mübarizədə iştirakına təkid edib

Suməriyyə Nyusun verdiyi məlumata görə, İraqın baş naziri və silahlı qüvvələrinin komandanı Heydər Əl-İbadi ölkənin siyasi və mədəni xadimlərinin toplantısında etdiyi çıxışında ölkənin İŞİD ilə mübarizədə xalq səfərbər qüvvələrinə ehtiyacsız olmadığını bildirərək bu qüvvələr arasında hər hansı ixtisarın əleyhinə olduğunu deyib.

Əl-İbadi xatırladıb ki, Əl-Həşəd Əl-Şəbi təqlid mərcələrinin dəvəti ilə ölkənin yardımına gəlib, biz bu qüvvələrin Fəllucənin azad edilməsindəki yardımını göz ardına vura bilmərik.

Əl-Ənbar vilayətinin əməliyyat komandanı İsmayıl Əl-Məhlavi də deyib ki, İraq qüvvələri bu gün vilayətin mərkəzində Ərrəmadinin şimalında ərazilərin azad edilməsi əməliyyatına start verib.

Əl-Məhlavi deyib: Bu əməliyyat terrorizm ilə mübarizə və polis qüvvələrinin iştirakı, İraqın hava qüvvələrinin dəstəyi və anti-İŞİD koalisiyasının iştirakı ilə başlanıb.

İraqlı qüvvələr cümə günü Rəmadinin qərbində Fəllucənin mərkəzi ərazisini terrorçulardan azad etməyə müvəffəq oldular.