İyun 30, 2016 09:38 Asia/Baku
  • Türkiyə keçmişə qayıdış yolunda?
    Türkiyə keçmişə qayıdış yolunda?

Türkiyə hökuməti İsrail və Rusiya ilə əlaqələri normallaşdırmaq üçün səylərə başladıqdan sonra, indi də Misir hökuməti ilə əlaqələri normallaşdırmaq niyyətindədir. Misirin Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd Türkiyənin ziddiyyətli mövqeyinin davam etməsindən narazılı etməsinə baxmayaraq, iki ölkə arasında əlaqələrin normallaşması üçün istənilən səyi müsbət qarşılayıb.

Türkiyə ötən 13 il ərzində iki ziddiyyətli xarici siyasəti təcrübə etdi. Türkiyədə Ədalət və İnkişaf Partiyası iqtidara gəldiyi ilk illərdə "qonşularla sıfır problemi" şüarını öz xarici siyasətinin əsas strategiyası seçdi. Bu strategiya praktiki olaraq Türkiyə hökuməti üçün uğurlu idi və qonşu ölkələr, o cümlədən Suriya ilə əlaqələrin genişlənməsinə səbəb oldu. Eyni zamanda Türkiyə hökuməti Fələsitn xalqının dəstəklənməsi və İsrail rejiminin siyasətlərinin tənqid edilməsində öncül dövlətə çevrildi.

Lakin 2011-ci ildə ərəb etirazlarının baş verməsi Türkiyənin xarici siyasətində strategiyanın dəyişikliyinə səbəb oldu. Qonşularla sıfır problemi öz yerini regionda gərginliyi yaratmaq və terror qruplaşmalarını dəstəkləməyə verdi. Bu siyasətin nəticəsi, rəsmi Ankaranın Səudiyyə Ərəbistanı rejimi ilə bir çox region böhranı, o cümlədən Suriya böhranında eyni istiqamətdə hərəkət etməsi və regional böhranlarda türk-ərəb-qərb mehvərinin formalaşmasıdır. Halbuki Türkiyə və Ərəbistanın xarici siyasəti arasında, xüsusilə də İxvanül-Müslimin barəsində açıq-aşkar ziddiyyət vardır. Ərdoğanın hökuməti Qərbi Asiyada TÜrkiyəni örnək seçdiyi bir növ ixvan quruluşunun formalaşmasını istəyir. Lakin Ərəbistan Qərbi Asiyada ixvan quruluşunun formalaşmasının əsas müxalifidir.

Buna əsasən Ərdoğan hökuməti 2013-cü ildə Misirin İxvanül-Müslimin hərəkatına bağlı prezident Məhəmməd Mursinin kənarlaşdırılmasını rəsmən çevriliş adlandırdı və Misirdə müvəqqəti və Əbdülfəttah əl-Sisinin hökumətlərini rəsmən tanımaq istəmədi. Ərəbistan hökuməti Məhəmməd Mursinin kənarlaşdırılması və əl-Sisinin iqtidara gəlməsinin əsas hamisi idi.

Digər bir məsələ budur ki, Ankaranın xarici siyasətində strateji dəyişiklik onun İsraillə yaxınlaşmasına da səbəb olub və İsrail rejimi ilə əlaqələrin normallaşması iş gündəminə daxil olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmçinin Rusiya hökumətindən rəsmi üzr istəyərək Türkiyə-Rusiya əlaqələrində gərginliyin aradan qaldırılması istiqamətində addım atıb.

Misir hökuməti Türkiyə ilə əlaqələrin normallaşdırılmasını müsbət qarşılayıb. Lakin onun reallaşmasını Türkiyənin 2013-cü il 30 iyun hadisələri, Məhəmməd Mursi hökumətinin kənarlaşdırılması və Misirdə yeni hökumətin iqtidara gəlməsinə hörmətlə yanaşmaqla şərtləndirib.

Rəcəb Tayyib Ərdoğan öncələr demişdi ki, Türkiyənin Misirlə əlaqələrinin yaxşılaşmasının şərti sabiq prezident Məhəmməd Mursinin azad olunmasıdır.

Belə bir sual yaranır: Son bir dekadada Türkiyənin xarici siyasətinin tənzimləyicisi olan Əhməd Davudoğlunun baş nazirlikdən istefa verməsi doğrudan da istefa olub yoxsa bu ölkənin xarici siyasətini dəyişmək üçün tənzimlənmiş addımdır?

Teqlər