İraq ordusu yeni uğurlar əldə edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i223525-İraq_ordusu_yeni_uğurlar_əldə_edib
İraq ordusu ölkənin şimalında Mosul şəhərinin iki rayonunu işğalçılardan azad edib
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2016 10:13 Asia/Baku
  • İraq ordusu yeni uğurlar əldə edib
    İraq ordusu yeni uğurlar əldə edib

İraq ordusu ölkənin şimalında Mosul şəhərinin iki rayonunu işğalçılardan azad edib

Suməriyyə Nyusun verdiyi məlumata görə, İraq ordusu bu gün Neynəva vilayətinin mərkəzi Mosul şəhərinin azad edilməsi əməliyyatının davamında şəhərin Dirbaz və Kəramə rayonlarını İŞİD terrorçularından azad edib.

İraqın Müdafiə Nazirliyi də terrorizm ilə mübarizə təşkilatı qüvvələrinin Səlahəddin vilayətinin şimalında Əşşərqat-Beyci şose yolunu öz nəzarətinə almasından xəbər verib.

Fəllucə şəhərinin azad edilməsindən sonra terrorçu İŞİD qüvvələri Ərrizarə gölü vasitəsi ilə Kərbəla çölünə qaçmalı oldular.

İraqın terrorizm ilə mübarizə təşkilatının komandanı Əbdül-Qəni Əl-Əsədi deyib: Mosulun azad edilməsi barədə hərbi layihələr dəyişmədən gündəmdədir və bu təşkilatın qüvvələri Musulun cənubunda xüsusi əməliyyatlar həyata keçirmək üçün yola düşüblər.