İraqda 3 gün milli matəm günü elan edildi
İyul 04, 2016 04:28 Asia/Baku
-
İraqda 3 gün matəm
İraq baş naziri paytaxt Bağdadın Kərradə məntəqəsində törədilən qanlı terror aktının ardınca, ölkədə 3 gün milli matəm elan edib.
İRİB-nin verdiyi məlumata görə, Heydər İbadi Bağdadın Kəradə məntəqəsində 170 nəfərin ölməsi və 100-dən çox adamın yaralanması ilə nəticələnən partlayışların ardınca ölkədə 3 gün milli matəm elan edib.
İŞİD terror qruplaşması bu qanlı terror aktının məsuliyyətini üzərinə götürüb.
Teqlər