Türkiyə ordusunun zabiti Şırnakda qətlə yetirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i223975-türkiyə_ordusunun_zabiti_Şırnakda_qətlə_yetirilib
Türkiyənin cənub-şərqində dövlət qüvvələri ilə PKK terrorçuları arasında gedən toqquşmalarda Türkiyə ordusunun bir zabiti həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2016 04:46 Asia/Baku
  • 
Türkiyə ordusunun zabiti Şırnakda qətlə yetirilib
    Türkiyə ordusunun zabiti Şırnakda qətlə yetirilib

Türkiyənin cənub-şərqində dövlət qüvvələri ilə PKK terrorçuları arasında gedən toqquşmalarda Türkiyə ordusunun bir zabiti həlak olub.

Milliyyət qəzetinin internet səhifəsində yerləşdirilmiş məlumata görə, PKK terrorçuları Şırnaq əyalətinin Beytül-Şəbab məntəqəsində Polis İdarəsi, xüsusi təyinatlı polis qüvvələrinin qərargahı və jandarmeriyaya qərargahını atəşə tutublar.

Baş vermiş toqquşmada Türkiyə ordusunun bir zabiti həyatını itirib.

Mardin əyalətində yerləşən Qızıltəpə məntəqəsində isə PKK terrorçuları tərəfindən quraşdırılmış bombanın partladılması nəticəsində 3 sivil yaralanıb.

Türkiyənin şərq və cənub-şərq məntəqələri 2015-ci ilin iyul ayında Suruç şəhərində törədilən terror aktının ardınca dövlət qüvvələriilə PKK terrorçuları arasında qanlı toqquşmaların şahididir.