Bəqidə məsumların (ə) məqbərəsinin dağıdılmasından 90 il ötür
8 şəvval (6 iyul) Ali-Səudun Mədinə şəhərinin Bəqi qəbiristanlığında islam abidələri və Əhli-Beyt və səhabələrin (ə) məqbərələrini dağıtdığı günə təsadüf edir. Ali-Səud 1926-cı ildə qəzəb və nifrətə baxmayaraq, bu cinayəti törətdi. Bu cinayət islam dünyasında nigaranlığa səbəb oldu ki, əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) məqbərəsi üçün də belə hadisə baş verə bilər.
8 şəvval Mədinə şəhərinin Bəqi qəbiristanlığında Ali-Səudun islam abidələrinin dağıtması gününə təsadüf edir. Bəqi Mədinənin ən əsas qəbiristanlığı və Peyğəmbər (s.ə.s) məscidinə yaxın tarixi abidələrdən biridir və əziz peyğəmbərin dövründən yadigar qalmışdır.
Əbdüləziz Ali-Səudun Ər-Riyad hakimini terror etməsi ardınca, Ali-Səud yenidən Hicazda iqtidara qayıtmışdı. Onlar Mədinəyə hücumlarını şiddətləndirdilər və əziz Peyğəmbərin (s.ə.s) və onun səhabələrinin məqbərələrini dağıtmaq ardınca idilər. Lakin müsəlmanların qəzəbindən qorxmaları, eyni zamanda öz hərəkətlərini əsaslandırmağa ehtiyac duymaları qəbirlərin üzərində tikintiyəşəri qadağa barəsində Mədinə alimlərindən istifta (şəri sual) etmələrinə səbəb oldu. Şəhər alimləri də güclü təhdidlər altında belə fitvanı verməyə məcbur oldular. Vəhhabilik ideologiyasına xidmət edən bu fitva Ümmül-Qura nəşrində nəşr olundu. 1344-cü hicri qəməri ili 8 şəvval (1926-cı il 6 iyul) vəhhabi və Ali-Səud ünsürləri qəbirlərin üzərindəki binaların şirkin təzahürü olması bəhanəsi ilə məsumlar, yəni İmam Həsən Muctaba, İmam Səccad, İmam Məhəmməd Baqir və İmam Cəfər Sadiqin (ə) məqbərələrini dağıtdılar. Onlar həmçinin həmin bəhanə ilə Bəqidə səhabələrin qəbirləri üzərində tikilən binaları məhv etdilər. Peğyəmbərin (s.ə.s) oğlu İbrahimin məqbərəsi, peyğəmbərin həyat yoldaşları və bibilərinin məqbərələri və məsumların (ə) övladlarının məqbərələri Ali-Səudun Bəqi qəbiristanlığında dağıtdığı binalardan idi.
Bu reportajda əlavə olunur: Onlar həmçinin Mədinədə Həzrət Məhəmmədin (s.ə.s) məqbərəsinə doğru hərəkət etdilər və Allahın rəsulunun da qəbrini dağıtmağa çalışdılar. Lakin belə cinayətə qarşı islam və ərəb dünyasında keçirilən etiraz aksiyaları və yürüşlər bu nəhs məqsədin gerçəkləşməsinə mane oldu.
İslam İnqilabının Böyük Rəhbəri bu barədə öz bəyanatının bir hissəsində vurğulayırlar: Bəqi qəbiristanlığında məqbərələrin dağıdılması Ali-Səudun ilk hərəkəti deyildi. Onlar 1220-ci hicri qəməri ili də Mədinədə tarixi abidələri dağıtmışdılar. Ali-Səud və vəhhabiliyin təhlükəsi budur ki, onlar din baxımından əhəmiyyətli olan və islamın müxtəlif dövrləri, xüsusilə də islamın əvvəlinə aid yadigarlar hesab olunan tarixi abidələri proqramlaşdırılmış şəkildə dağıtdılar. Bu hərəkət islam kimliyinin, həmçinin Ərəb yarımadasında islamın zəngin tarixinin məhv olması ilə nəticələnə bilərdi.
Bu cinayət islam dünyasında nigaranlığa səbəb oldu ki, əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) məqbərəsi üçün də belə hadisə baş verə bilər.