Almaniya məhkəməsi Ərdoğanın video-konfrans yolu ilə çıxışına qarşı çıxıb
Almaniya Ali Məhkəməsi Türkiyə prezidentinin Köln şəhərində demokratiyaya dəstək toplantısında video-konfrans vasitəsi ilə çıxışının əleyhinə çıxıb.
Türkiyənin Milliyyət qəzeti internet portalının məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarlarının Almaniyanın Köln şəhərində Türkiyədə çevrilişə qarşı və demokratiyaya dəstək üzrə aksiyasının keçirilməsi ərəfəsində, Almaniya Ali Məhkəməsi Ərdoğanın video-konfrans yolu ilə tərəfdarları üçün çıxış etməsinə icazə verməyib.
Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer də Köln şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarlarının aksiyası ərəfəsində deyib: Türkiyənin siyasi gərginliyii Almaniyaya nəql olunmamalıdır.
Almaniya polisi də bu aksiyada Rəcəb Tayyib Ərdoğanın tərəfdarları ilə müxalifləri arasında gərginliyin yaşanmasından nigaranlıq edib.
KİV-in bildirdiyinə görə, Ərdoğanın 30 min tərəfdarı Türkiyə hökumətinin nazirlərindən biri ilə bu aksiyada iştirak edəcək.
Almaniyada 3 milyondan çox türk yaşayır.