Almaniyada Türkiyə vətəndaşlarının miqrantlıq müraciəti artıb
Almaniyanın Miqrant və Miqrasiya Məsələləri Federal İdarəsi bu ölkədə miqrantlıq müraciəti edən Türkiyə vətəndaşlarının sayının artdığını bildirib.
İRNA-nın məlumatına görə, Almaniyanın Miqrant və Miqrasiya Məsələləri Federal İdarəsi bir məlumatda bildirib: Bu ilin ilk altı ayında bu ölkədə miqrantlıq müraciəti edənlərin sayı ötən illə müqayisədə dəyişməyib və hələ də onların sayı çoxdur. Bu məlumata görə, iyun ayına qədər 1719 xarici vətəndaş miqrantlıq müraciəti edib.
Bu məlumatda əlavə olunur: Müraciət edənlərin əksəriyyətini Türkiyə kürdləri təşkil edib. Buna səbəb isə Türkiyənin cənub-şərqindəki qarşıdurmalardır.
1719 müraciətdən 1510 nəfəri Türkiyə kürdünə aiddir. Lakin müraciəti qəbul olunanların sayı azdır.
Almaniyanın Miqrant və Miqrasiya Məsələləri Federal İdarəsinin bildirdiyinə görə, bu ilin ilk altı ayında Türkiyə kürdlərinin müraciətinin beşdə ikisi qəbul olunub və Türkiyə türkləri arasında isə 6,7% müraciət qəbul olunmuşdur.
Almaniyanın Miqrant və Miqrasiya Məsələləri Federal İdarəsi bildirib ki, Türkiyədəki uğursuz çevrilişi nəzərə alaraq miqrantlıq üçün ərizə verənlərin sayının nə qədər olacağını dəqiq proqnoz etmək mümkün deyildir.