Rəmadinin şərqində terrorçuların 4km uzunluğund məxfi tuneli aşkar edilib
-
Rəmadinin şərqində terrorçuların 4km uzunluğund məxfi tuneli aşkar edilib
İraqın könüllü xalq qüvələri Rəmadi şəhərinin şərqində terrorçular tərəfindən qazılmış uzunluğu 4km olan bir tuneli aşkar ediblər.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, könüllü xalq qüvvələri Rəmadinin şərqində yerləşən Xalidiyə məntəqəsinin terrorçulardan təmizlənməsi əməliyyatı zamanı uzunluğu 4km olan bir tunel aşkar ediblər.
Bu tunel İŞİD terrorçularının Rəmadi şəhərinin müxtəlif məntəqələrinə yer dəyişməsi üçün nəzərdə tutulubmuş.
Əl-Məyadin həmçinin bildirir: Bu tunel İŞİD-in Xalidiyə məntəqəsinə tədarükat çatdırmaq üçün istifadə etdiyi tunellərdən biridir. Bu tunelin aşkar edilməsi ilə İŞİD artıq Xalidiyə uğrunda gedən savaşlarda ondan istifadə edə bilməyəcək.
İŞİD artıq Xalidiyə uğrunda gedən döyüşlərdə üstünlüyünü itirib. Bu məntəqənin təhlükəsizliyinin təmin edilməsi Əl-Ənbar əyalətinin təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır.