Əl-Qiyarənin digər bölgələri terrorçuların işğalından azad edildi
-
Əl-Qiyarənin digər bölgələri terrorçuların işğalından azad edildi
İraq təhlükəsizlik qüvvələri İraqın şimalında əl-Qiyarə şəhərinin daha 4 məntəqəsini azad ediblər.
İraqın VA İnformasiya Agentliyinin məlumatına görə, İraq ordusu və könüllü qüvvələri çərşənbə günü Mosulun 60 km cənubunda yerləşən əl-Qiyarə şəhərinin tam azad olunması üzrə əməliyyatın davamında əl-Müsəffa, dövlət idarəsi, o cümlədən polis idarəsi, dövlət xəstəxanasını terrorçulardan azad ediblər.
İraq qüvvələri həmçinin əl-Qiyarə şəhərinin ətrafında 3 bomba quraşdırılmış avtomobili məhv ediblər.
İraq ordusu qüvvələri əl-Qiyarə şəhərinə giriş əməliyyatını 4 istiqamətdən başlayıblar və bu şəhərin mərkəzinə daxil olublar.
Bu arada İraq ordusu çərşənbə günü Mosul şəhəri sakinlərindən bu şəhəri tərk etməmələrini və İŞİD terror qruplaşmasının mövqelərindən uzaqlaşmalarını istəyiblər.
İraq polisi də bu gün bildirib: İraq ordusu qüvvələri əl-Xalidiyyə adasında İŞİD terror qruplaşmasının başçısı Qayib Həmd əl-Mərqavini bu bölgəni terrorçulardan təmizlədikləri vaxt həbs ediblər.