Türkiyə daxili işlər naziri: PKK Kılıçdaroğlu karvanına qarşı hücumun amildir
-
Əfkan Ala
Türkiyənin daxili işlər naziri Əfkan Ala PKK-nı bu ölkədə müxalifət partiyasının liderinə qarşı hücumun amili adlandırıb.
IRNA-nın məlumatına görə, Türkiyənin daxili işlər naziri Əfkan Ala deyib: Prezident Rəcəb Tayyıb Ərdoğan da Kılıçdaroğlu ilə telefon bağlantısında onun kədəri ilə bölüşüb.
Əfkan Ala əlavə edib: PKK bir müddətdir ki, Qara dəniz sahllərində Türkiyənin şimal məntəqələrinə soxulmaq üçün terror fəaliyyətləri aparır, amma təhlükəsizlik qüvvələri onları təmizləməkdədirlər.
Onun sözlərinə görə, Kılıçdaroğlunun karvanı qarşısında hərəkətdə olan jandarmeriya maşınına qarşı hücumda üç nəfər yaralanıbdır ki, hərbçilərdən birinin durumu ağır elan olunub.
Türkiyə parlamentində ən böyük müxalif partiyanın rəhbəri olan Kamal Kılıçdaroğlunun karvanı bu gün bu ölkənin şimal-şərqində silahlı şəxslərin hücumuna məruz qalıb, amma o, bu hücumdan salamat qurtarıb.
Müxalifət partiyasının lideri Artvin rayonundan bu rayonun Ardunç məntəqəsinə gedirmiş ki, Yanıklı kəndi yaxınlığında onun 30 avtomobildən ibarət karvanı hücuma məruz qalıb.