PKK-nın iddiası: 23 türk əsgərini öldürdük
https://azeri.sahartv.ir/news/qərbi_asia-i231887-pkk_nın_iddiası_23_türk_əsgərini_öldürdük
PKK bu gün bir məlumat yayaraq, 2 gün öncə, 27 avqust tarixində Türkiyə ordusunun mövqelərinə hücum edərək, 23 hərbçini öldürdüyünü iddia edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2016 07:33 Asia/Baku
  • PKK-nın iddiası: 23 türk əsgərini öldürdük
    PKK-nın iddiası: 23 türk əsgərini öldürdük

PKK bu gün bir məlumat yayaraq, 2 gün öncə, 27 avqust tarixində Türkiyə ordusunun mövqelərinə hücum edərək, 23 hərbçini öldürdüyünü iddia edib.

PKK-nın bəyanatında deyilir: Qüvvələrimiz 27 avqustda Türkiyə ordusunun İraq ilə sərhəd məntəqədə yerləşən Şəmzinandakı mövqelərinə qarşı 3 silahlı hücum həyata keçiriblər. Və bu hücumlarda 23 türk əsgəri öldürüldü."

Türkiyə dövləti hələ ki, PKK-nın bu iddiası ilə bağlı heç bir açıqlama verməyib. 

Artıq bir neçə aydır ki, Türkiyənin İraq ilə sərhəd məntəqələrində dövlət qüvvələri ilə PKK yaraqlıları arasında toqquşmalar artıb.