Ərəbistanda iraqlı hacılar saxlanılıb
Avq 31, 2016 12:54 Asia/Baku
-
Ərəbistanda iraqlı hacılar saxlanılıb
İraq mənbələri iraqlı hacıların Səudiyyə Ərəbistanı qüvvələri tərəfindən saxlanıldıqları və təhqirə məruz qaldıqlarından xəbər veriblər.
Əl-Məsələ informasiya agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri dünən Məkkədə iraqlı zəvvarların igamətgahına hücum edərək onları döyüblər və sonra həbs edərək naməlum yerə aparıblar.
Bir neçə gün öncə də Mədinə hava limanında Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri iraqlı hacıların yüklərini axtararkən, həcc təlimatı kitabına görə 3 iraqlı zəvvarı həbs ediblər, onları təhqirə məruz qoyublar.
Teqlər