Türkiyədə qadın polislər hicab taxa biləcəklər
Türkiyədə qadın polislərə hicab taxmaq izninin verilməsinin ardınca ilk dəfə olaraq qadın polislər Türkiyənin qələbə günü münasibəti ilə keçirilən mərasimdə hicabla iştirak ediblər.
İSNA-nın verdiyi məlumata görə, Hürriyyət qəzeti bildirib ki, İstanbulun Taksim meydanında bir hicablı qaın polis müşahidə olunub. Prezident Rəcəb Təyyib Ərdoğanı mühafizə polisinə də bir hicablı qadın zabit daxildir. Həmin hicablı qadın polis qələbə günü mərasimində müşahidə olunub.
Verilən iznə görə bundan sonra Türkiyədə qadın polislər rəsmi uniformanın bir hissəsi olaraq hicab taxa biləcəklər.
Hakim Ədalət və İnkişaf Partiyası öncə demokratiya paketi təqdim etmişdi. Həmin paketə görə qadın polislərə baş örtüyündən istifadə icazəsi təklif olunmuşdu. Həmin paket şənbə günü qəbul edildikdən sonra icra olunub.