Əlqəyyarə xidmət təşkilatları əhalinin ehtiyaclarını təmin etmək üçün meydana giriblər
-
Əlqəyyarə xidmət təşkilatları əhalinin ehtiyaclarını təmin etmək üçün meydana giriblər
Xidmət təşkilatları yenicə İŞİD-in işğlaından azad edilmiş Əlqəyyarə şəhərinə xidmətlər göstərmək və onun xəsarət almış əhalisinə yardım üçün fəaliyyətə başlayıblar.
Əliraqiyyə telekanalı xəbər verib ki, Əlqəyyarə İraqda terrorizmin sonuncu sığınacağı olan Mosul şəhərində qarşıdakı qələbələrin açarı sayılan yeni qalib gəlmiş şəhərdir.
Əlqəyyarənin azad edilməsinin elan olunmasından sonra bu şəhərin xidmət təşkilatları şəhərə su, elektrik, qida maddələri və infrastruktur xidmətlər kimi əsas xidmətlərin qaytarılması üçün özlərinin insan qüvvələri və mexanikləşdirilmiş aparatlarını işə salıblar.
Əlqəyyarə Su İdarəsinin müdir müavini Əli Hüseyn deyib: Bir sutkadan az bir müddətdə suçatdırma əməliyyatı həyata keçirildi və hazırda təmizləmə mərkəzi layihəsinə başlamışıq ki, generatordan istifadə ilə su təmizlənsin.
Əlbəttə, bəzi təchizatlar təmir və bərpaya ehtiyaclıdırlar. Bundan əlavə, işlər yaxşı gedir. Təhlükəsizlik qüvvələrinin rolu Əlqəyyarənin azad edilməsilə bitmir, əksinə bu qüvvələr əlaqədar idarələrin həmkarllığı və koordinasiyası ilə vətəndaşlara yardım göstərmək, eləcə də yardım və qida maddələri təqdim etmək üçün öz humanitar səylərini səfərbər ediblər.
Əlqəyyarə vətəndaşları da qələbə və azadlıq fəryadları ilə silahlı qüvvələri qarşılayıblar.
İraq məclisinin üzvü, Əhməd Əlcəburi Əliraqiyyə ilə müsahibədə deyib: Terrorizmlə mübarizə orqanı xüsusiyyət təşkil etməklə silahlı qüvvələrin Əlqəyyarə əhalisi ilə həmrəylikləri İŞİD üzərində böyük qələbəyə səbəb oldu və bu gün biz buradayıq ki, bu şəhərə adi yaşayışı, sabitlik və təhlükəsizliyi qaytaraq.
Müşahidəçilər vurğulayırlar ki, təhlükəsizlik qüvvələri şəhərlərin azad edilməsində öz hərbi qaydalarını dəyişiblər, belə ki, hazırda işğal olunmuş bir məntəqəyə daxil olmazdan öncə sakinlərin kütləvi çıxışlarının qarşısını almaq və ailələri əməliyyat səhnəsindən uzaq saxlamaqdan ötrü, eləcə də onların insani keçidlərə və insanları qəbuletmə mərkəzlərinə yaxın olmalarına görə. manevrdən və məqsədyönlü zərbələrdən istifadə edirlər.