İraqın təhlükəsizlik qüvvələri İŞİD-in məxfi tunellərini məhv etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i232502-İraqın_təhlükəsizlik_qüvvələri_İŞİd_in_məxfi_tunellərini_məhv_etdi
İraq ordusu və təhlükəsizlik qüvvələri Mosulun cənubunda yerləşən Qəyarə şəhərində İŞİD-in gizli tunellərini aşkar və məhv edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2016 08:33 Asia/Baku
  • İraqın təhlükəsizlik qüvvələri İŞİD-in məxfi tunellərini məhv etdi
    İraqın təhlükəsizlik qüvvələri İŞİD-in məxfi tunellərini məhv etdi

İraq ordusu və təhlükəsizlik qüvvələri Mosulun cənubunda yerləşən Qəyarə şəhərində İŞİD-in gizli tunellərini aşkar və məhv edibdir.

Əl-İraqiyə telekanalının verdiyi məlumata görə, İŞİD terrorçuları bu tunellərdən şəhərin müxtəlif istiqamətlərinə yer dəyişmək üçün istifadə edirmişlər. 

İraqın təhlükəsizlik qüvvələri bu tunellərin dəqiq araşdırmalar və yerli sakinlərin köməkliyi ilə aşkar edildiyini bildiriblər. Bu tunellər partlayıcılarla dağıdılıb. 

İraqın Müharibə Təbliğatı Qərargahı da bildirib ki, Əl-Ənbar əyalətində yerləşən Qaim şəhərində İŞİD-ə məxsus bir baza məhv edilib. 

Milli Təhlükəsizlik Xidmətndən verilən məlumata görə, İraqın F-16 qırıcıları Qaim şəhərinin Rəmanə məntəqəsində yerləşən bu bazaya havadan zərbələr endiriblər. Nəticədə çoxlu sayda terrorçu ölüb.