Ərəbistan həbsxanalarında yəmənli əsirlər işgəncə edilir
Yəmən ordusu və xalq qüvvələrinin azad olunmuş əsirləri bildiriblər ki, həbsxanada işgəncə edilmiş və incidilirmişlər.
Əl-Məsirə telekanalı bildirib: Marib vilayətində Əsir və Məhbusların məsələləri üzrə komitə əsirlikdə olan ordu və xalq qüvvələrindən 12 nəfərin azad olunmasına nail olub.
Bu əsirlər azad olduqdan sonra, əl-Məsirə müxbirinə verdiyi müsahibədə həbsdə işgəncə edildiklərini söyləyiblər.
Onların sözlərinə görə, həbsxanada hətta yaralılar da incidilirmiş və müalicə edilmirmiş. Onlar azadlıqları üçün göstərilən səyləri alqışlayaraq bildiriblər ki, vətən və inanc yolunda müqavimət və cihadı davam etdirəcək və Yəmən təcavüzkarlar və muzdlulardan tam azad olunana qədər durmayacaqlar.
Bu şəxslərdən biri deyib: Biz həbsdə fiziki və ruhi işgəncəyə məruz qalırdıq. Onlar iddia edirlər ki, sünnilər peyğəmbərin davamçısıdır. Lakin davranışları islam qaydalarından tamamilə uzaqdır.
Digər bir şəxs deyib: Mən savaşda yaralandım və onurğa sütunumdan xəsarət aldım. Məni xəstəxanaya apardılar. Lakin müalicə olunmadan həbsxanaya aparıldım.