Bağdadda baş verən partlayışda on nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i233249-bağdadda_baş_verən_partlayışda_on_nəfər_həlak_olub
Bağdadın Əlkəradə məntəqəsindəki bir parkinqdə yerləşmiş bomba qoyulmuş avtomobilin partlaması on nəfərin şəhid olması və 40 nəfərin yaralanmasına bais olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2016 05:15 Asia/Baku
  • Bağdadda partlayış
    Bağdadda partlayış

Bağdadın Əlkəradə məntəqəsindəki bir parkinqdə yerləşmiş bomba qoyulmuş avtomobilin partlaması on nəfərin şəhid olması və 40 nəfərin yaralanmasına bais olub.

Bu partlayışın ardınca on beşdən çox avtomobil və bir neçə mağaza da yanğına və xəsarətə düçar olub.

Bağdad əməliyyat qərargahı bir daha bütün Əlkəradə məntəqəsini bağlayıb. Əlkəradə iki ay bundan öncə şiddətli terror partlayışının şahidi olmuşdu ki, nəticədə dörd yüzdən çox iraqlı ölmüş və yaralanmışdı; onlardan onlarla nəfər tanınıbdır. Əksər sakinlərini şiələr və xristianlar təşkil edən Əlkəradə məntəqəsi bayramlardan öncə ailələrin əsas alqı mərkəzidir.

İnformasiya mənbələri bildiriblər ki, İŞİD terror qrupu bu terror partlayışının məsuliyyətini üzərinə götürüb.

Ötən iyul ayında da Əlkəradə məntəqəsində bomba partlayışı nəticəsində 300-dən çox iraqlı həlak olmuşdu.