İraq prezidenti Əmmar Həkimi təbrik edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i233348-İraq_prezidenti_Əmmar_həkimi_təbrik_edib
İraq prezidenti Fuad Məsum bu ölkənin Ali İslami Məclisinin sədri Əmmar Həkimi iraqın milli koalisiyasının sədrliyinə təyin olunması münasibəti ilə təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2016 12:19 Asia/Baku
  • Fuad Məsum
    Fuad Məsum

İraq prezidenti Fuad Məsum bu ölkənin Ali İslami Məclisinin sədri Əmmar Həkimi iraqın milli koalisiyasının sədrliyinə təyin olunması münasibəti ilə təbrik edib.

Əl-İraqiyyə televiziyasının verdiyi məlumata görə, İraq prezidenti Fuad Məsum bu gün bir təbrik müraciətində İraqın milli koalisiyasının demokratik İraqın formalaşması üçün siyasi cərəyanlar arasında müştərək əməkdaşlıqların reallaşması və ölkənin siyasi həyatının mühafizəsi istiqamətindəki rolunu xüsusi vurğulayıb. 

İraqdan əldə olunan başqa məlumata görə, bu ölkənin baş naziri Heydər Əl-İbadi və Əmmar Həkim siyasi, iqtisadi və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar. 

İraqın baş naziri və bu ölkənin milli koalisiyasının sədri Neynəva vilayətinin mərkəzi Mosul şəhərinin azad edilməsi üçün lazımi hazırlıqları araşdıraraq, Mosul şəhərinin azad edilməsini əngəlləyən amillərin aradan qaldırılmasını vurğulayıblar.