Mosulun azad edilməsində könüllü xalq qüvvələrinin iştirakına təkid edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i233495-mosulun_azad_edilməsində_könüllü_xalq_qüvvələrinin_iştirakına_təkid_edildi
İraqın baş naziri deyib: Könüllü xalq qüvvələri Mosulun azad edilməsi əməliyyatında iştirak edəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2016 07:49 Asia/Baku
  • Heydər Əl-İbadi
    Heydər Əl-İbadi

İraqın baş naziri deyib: Könüllü xalq qüvvələri Mosulun azad edilməsi əməliyyatında iştirak edəcəklər.

Əlcəzirə telekanalının verdiyi məlumata görə, Heydər Əl-İbadi Bağdadda bir mətbuat konfransında ölkənin son siyasi, hərbi və təhlükəsizlik durumundan danışıb: Əl-Kəradə məntəqəsində baş verən partlayışlar qorxaqlıqdan qaynaqlanan bir hərəkət idi və terrorçular İraq xalqının iradəsinə zərbə vura bilməzlər. 

İraqın baş naziri həmçinin deyib: İraqlı qüvvələr Mosul savaşına hazırlıqları tamamlamaq üzrədirlər. Biz İraqın bütün əyalətlərinin öz işlərində müstəqil idarəetməyə malik olmdalarını vurğulayırıq. 

Heydər Əl-İbadi əlavə edib: Könüllü xalq qüvvələri Mosulun azad edilməsi əməliyyatında iştirak edəcəklər. Bizim əsas vəzifəmiz sivil əhalinin həyatını qorumaqdır.