Türkiyə ordusu İraqın şimalında PKK mövqelərinə hava zərbələri endirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i233984-türkiyə_ordusu_İraqın_şimalında_pkk_mövqelərinə_hava_zərbələri_endirib
Türkiyə ordusunun qırıcı təyyarələri İraqın şimalında PKK-nın 3 gizli məkanını məhv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2016 08:24 Asia/Baku
  • Türkiyə ordusu İraqın şimalında PKK mövqelərinə hava zərbələri endirib
    Türkiyə ordusu İraqın şimalında PKK mövqelərinə hava zərbələri endirib

Türkiyə ordusunun qırıcı təyyarələri İraqın şimalında PKK-nın 3 gizli məkanını məhv edib.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə Ordusu Baş Qərargahı bir bəyanatda bildirib: İraqın şimalında PKK üzvlərinin hərəkətləri barəsində məlumatlar əldə olunduqdan sonra, Ordunun Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Afşin Basyan və Hakurk məntəqələrində bu qruplaşmanın mövqelərini bombalayıblar. 

İndiyə qədər bu hücumların ehtimal olunan tələfatı barəsində məlumat verilməyib. 

Türkiyə hərbi rəsmiləri həmçinin bildiriblər: PKK-nın iki üzvü pilotsuz uçan aparatın Hakkari vilayətindəki hücumunda öldürülüb. 

Türkiyə ordusu ötən il yaydan bu ölkənin cənub bölgələrində və İraqın şimalında PKK-nın mövqelərinə hücumları yenidən başlayıb.