Sen 26, 2016 10:15 Asia/Baku
  • Bəşşar Cəfəri
    Bəşşar Cəfəri

Suriyanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının iclasında Suriya dövlətinin Hələb şəhərini terrorçulardan tamamilə təmizləyəcəyi barədə əminlik verib.

Təsnim Xəbər Agentliyinin verdiyi məlumata görə, Bəşşar Cəfəri BMT TŞ-nin Hələb şəhərinin vəziyyəti ilə bağlı iclasında deyib:Suriya dövləti Hələb şəhərinə nəzarəti yenidən öz əlinə alacaq. 

Bəşşar Cəfəri Hələbdəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclas keçirməsini istəyən ölkələrə xitabən deyib: Bu ölkələr Təhlükəsizlik Şurasının terror aktları və sivil əhalinin qırğın edilməsi üzrə qətnaməsini 13 dəfə uğursuzluğa sürükləyiblər və terrorizm əleyhinə qətnamənin qəbul edilməsinə qarşıçıxıblar. Amma, onlar bilməlidirlər ki, Suriya dövləti bu ölkə konstitusiyası və beynəlxalq qanunlara əsaslanaraq, bir qarış torpağından belə vaz keçməyəcək. 

B.Cəfəri əlavə edib: TŞ bir daha terrorizmi himayə edən dövlətlərin səyi ilə Suriyadakı terrorçuları xilas etmək üçün iclas təşkil edib. Halbuki, atəşkəslə  bağlı anlaşmanın başa çatması və yeni anlaşmanın əldə edilməməsi ilə, Suriya dövləti 2 gün öncə Hələbdə terrorçulara qarşı hərbi əməliyyatlara başlayıb və sivil əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün onlardan terrorçuların mövqelərindən uzaqlaşmaları istənilib. 

Suriyanın BMT-dəki daimi nümayəndəsi Suriya ordusunun qadağan edilmiş silahlardan istifadə etməsi barədə səsləndirilən yalan ittihamları da rədd edib və deyib: Suriyada müharibə cinayəti törədənlər İŞİD terrorçularını müdafiə etmək üçün Suriya ordusunu hədəfə alanların özləridirlər. Onlar 100-dən artıq ölkədən Suriyaya gətirilən terrorçuların ən böyük müdafiəçiləri və himayədarlarıdırlar. 

Teqlər