Okt 03, 2016 12:39 Asia/Baku
  • Mosulun azad edilməsi üçün yeni silahlar gətirilir
    Mosulun azad edilməsi üçün yeni silahlar gətirilir

Neynəva Əməliyyat Komandanlığı Neynəva vilayətinin mərkəzi olan Mosulun İŞİD-in işğalından azad edilməsi üçün bu əyalətə yeni silahların gətirilməsindən xəbər verib.

Əlhədəs informasiya kanalının verdiyi məlumata görə, Neynəva Əməliyyat Komandanlığı yeni silah və hərbi təchizatların gətirilməsindən xəbər verib. 

Neynəva Əməliyyat Komandanlığı bir bəyanat yayaraq, bldirib ki, İraq ordusu ilk dəfə olaraq Mosulun azad edilməsi əməliyyatında şəhər savaşına özəl yeni silahlardan istifadə edəcək. 

Bu komandanlıq həmçinin bildirib: Yeni hərbi təchizatlara elektron silahlar və elktromaqnit silahlar daxildir. Bu silahlar əsasən bombalar və bir sıra digər silahların zərərsizləşdirilməsi üçün istifadə ediləcək. 

İraqın Müdafiə Nazirliyi də bildirib ki, Mosul şəhərinin tamamilə azad edilməsi əməliyyatına baş nazir Heydər İbadi başçılıq edir. Və Mosulun azad edilməsi əməliyyatına başlamaq üçün onun göstərişini gözləyir. 

İraq Müdafiə Nazirliyinin bildirdiyinə görə, əməliyyat planı bütün hərbi, kəşfiyyat, xidmət və insani cəhətləri əhatə edir. 

Bu məlumata görə, əməliyyat üçün lazım olan təchizatlar əməliyyatda iştirak edəcək qüvvələrin ixtiyarına verilib və İŞİD-lə bağlı kifayət qədər kəşfiyyat məlumatı da əldə edilib. 

İraqın səhiyyə və miqrasiya nazirlikləri də döyüş bölgəsindəki sivil əhaliyə yardım etmək üçün lazımi tədbirləri görüblər. 

İraqın Müdafiə Nazirliyinin sözçüsü Nəsr Nuri bu barədə deyir: Mosul əməliyyatı həlledici və yekun savaş olacaq. Buna görə də, dünya ictimaiyyəti hərbi və insani baxımdan İraqa yardım edir. 

Teqlər