İraq parlamenti Türkiyə hərbçilərinin İraq ərazisindəki iştirak müddətinin uzadılmasına etiraz edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i238127-İraq_parlamenti_türkiyə_hərbçilərinin_İraq_ərazisindəki_iştirak_müddətinin_uzadılmasına_etiraz_edib
İraq parlamentinin deputatları keçirilən iclasda Türkiyə hərbçilərinin İraq və Suriya ərazisindəki qalma müddətinin bir il uzadılması barədə Türkiyə parlamentinin qərarını rədd ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2016 08:54 Asia/Baku
  • İraq parlamenti
    İraq parlamenti

İraq parlamentinin deputatları keçirilən iclasda Türkiyə hərbçilərinin İraq və Suriya ərazisindəki qalma müddətinin bir il uzadılması barədə Türkiyə parlamentinin qərarını rədd ediblər.

İraq parlamenti Türkiyə hərbçilərinin İraq və Suriya ərazisindəki qalma müddətinin bir il uzadılması barədə Türkiyə parlamentinin qərarını rədd edib və Türkiyənin Bağdaddakı səfirinin XİN-ə çağırılması və bununla əlaqədar etiraz notasının verilməsini istəyib. 

İraq parlamentinin deputatları bildiriblər ki, Türkiyə baş naziri Binəli Yıldırımın son çıxışı İraqın daxili məsələlərində müdaxilədir. İraq parlamentində şahbek deputatı Türkiyə hökumətinin Mosula tamah gözü ilə baxması barədə xəbərdarlıq edib və bildirib: Türkiyə hökuməti şahbek sakinli bölgələrin atəşə tutulduğu və sivillərin qətlə yetirildiyi Zilqan bazası yaxınlığında öz hərbçilərini saxlayıb. 

Binəli Yıldırım İŞİD-in Mosul şəhərindən çıxarılmasından sonra bu şəhər nəzarətlə əlaqədar İraq partiyaları arasındakı qarşıdurma barədə nigaranlıq etmişdi. Yıldırım həmçinin İraqın Tələfər şəhərində əhali tərkibinə əl qoyulduğu təqdirdə bu şəhərdə faciə barəsində xəbərdarlıq edib və deyib: Türkmənlərin Tələfərdə bir-birləri ilə toqquşmaları mümkündür.