Türkiyə İraq pralamentinin bəyanatına etiraz edib
-
Türkiyə İraq pralamentinin bəyanatına etiraz edib
Türkiyənin hərbi qüvvələrinin İraqa göndərilməsi, Bağdad ilə Ankara arasında ixtilaflı mövzulardan birinə çevrilib. Bu sahədə Türkiyə dövləti İraq parlamentinin Türkiyənin bu ölkə ərazilərindəki əməliyyatlarına qarşı bəyanatını pisləyib.
Fars informasiya agentliyinin verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri dünən İraq parlamentinin Türkiyə qüvvələrinin bu ölkə ərazilərindəki fəaliyiyətinə qarşı bəyanatını pisləyib.
Ekspertlər Türkiyənin bu reaksiyasının düşündürücü olduğunu bildirirlər. Əslində Türkiyə ordusunun İraq və Suriya ərazilərinə daxil olmaqda yol verdiyi səhvdən sonra, təhlilçilər rəsmi Ankaranın İraq parlamentinin bəyanatına qarşı reaksiyasının AKP iqtidarının növbəti səhvi olduğunu düşünürlər. Bundan əlavə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, daxili və xarici siyasətdəki bütün səhvləri üzr istəməklə düzəltmək mümkün olmaz.
Reallıq bundan ibarətdir ki, Türkiyə dövləti Suriya və İraqdakı daxili böhranlardan faydalanaraq bu iki ölkəyə hərbçi qüvvələr yerləşdirib. Halbuki Türkiyə və İraqın qanuni dövlətləri daima Türkiyənin bu hərəkətini pisləyirlər. Onlar həmçinin Türkiyənin terrorizmə qarşı mübarizəsinə şübhə ilə yanaşdıqlarını bildirirlər.
İraq rəsmilərinə görə Türkiyə İŞİD terrorçuları ilə mübarizə bəhanəsi ilə terrorçu PKK yaraqlıları ilə savaşır. Həmçinin İŞİD-in silah-sursata olan tələbatının bir hissəsinin Türkiyə tərəfindən təmin olunduğu iddia edilir.
Türkiyə dövləti, beynəlxalq və regional qurumlara indiyədək İŞİD-ə qarşı fəaliyyətləri barədə heç bir rəsmi hesabat verməmişdir.
Bu da göstərir ki, İŞİD terrorçularına qarşı hansısa əməliyyat həyata keçməyib. Bunu da gözdən qaçırmaq olmaz ki, İraq Suriyadan fərqlidir və ola bilsin iraqlı hərbçilər yaxın gələcəkdə Türkiyənin bu hərəkətlərinə reaksiya verəcəklər.
Unutmayaq ki, Türkiyə ordusu cari miladi ayının əvəllərindən İraqın Mosul şəhərinin şimal-şərqində qoşun yerləşdirib. Türkiyə dövləti bunu İraq dövlətinin istəyi əsasında və İŞİD terrorçuları ilə mübarizə üçün yerli qüvvələri təlim etmək məqsədi ilə etdiyini bildirir.
Türkiyə pralamenti yay tətillərindən sonra keçirdiyi ilk iclasında Türkiyə hərbçilərinin İraq və Suriya ərazilərindəki fəaliyyət müddətini bir il üçün uzatdı. Türkiyə parlamenti 2014-cü il oktyabr ayında da Türkiyə silahlı qüvvələrinin Suriya və İraqda hərbi əməliyyatlar həyata keçirməsinə icazə vermişdi. Həmin icazə 2015-ci ildə növbəti bir il üçün uzadılmışdı.
Türkiyə parlamentinin qərarına reaksiya əlaməti olaraq İraq parlamenti də dünən bir bəyanat yayaraq Türkiyə hərbçilərinin İraq torpaqlarında qeyri-qanuni fəaliyyətlərini qınayıb və bu ölkənin Bağdaddakı səfirinin qovulmasını istəyib. Öncə də İraq parlamentinin bəzi üzvləri Türkiiyə hərbçilərinin İraqdakı fəaliyyətlərinin müddətinin uzadılmasına reaksiya veriblər, o cümlədən Ədnan Hadi Əl-Əsədi deyib: Bu qərar çaxnaşma yarada bilər və İraq dövləti ona qarşı susmamalıdır.
İraq parlamentinin digər üzvü Firdövs Əl-Əvadi də Türkiyənin bu qərarına etiraz olaraq deyib: Türkiyənin hərbi qüvvələrinin İraq ərazilərində yerləşməsi İraq qüvvələri və müqavimətə qarşı müharibə elan etmək kimidir. Könüllü xalq qüvvələrinin komandanlarınan olan Kərim Ənnuri isə deyib: İraqın Ərdoğanın tamahkarlıqlarının meydanına çevrilməsinə imkan verə bilmərik.