Türkiyə səfiri İraq XİN-ə çağırıldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i238238-türkiyə_səfiri_İraq_xİn_ə_çağırıldı
İraqın Xarici İşlər Nazirliyi Türkiyənin İraq ərazilərindəki hərbi əməliyyatlarını davam etdirməsi barədəki qərarı ilə əlaqədar Türkiyənin Bağdaddakı səfirini çağırtdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2016 14:59 Asia/Baku
  • Türkiyənin səfiri İraq XİN-ə çağırılıb
    Türkiyənin səfiri İraq XİN-ə çağırılıb

İraqın Xarici İşlər Nazirliyi Türkiyənin İraq ərazilərindəki hərbi əməliyyatlarını davam etdirməsi barədəki qərarı ilə əlaqədar Türkiyənin Bağdaddakı səfirini çağırtdırıb.

Əssuməriyyə xəbər portalının verdiyi məlumata görə, İraq XİN-in sözçüsü Əhməd Camal deyib: Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Türkiyənin İraqın şimalındakı hərbçilərinin fəaliyyət müddətinin növbəti bir il üçün uzadılmasına və bu qüvvələrin Mosulun azad edilməsi əməliyyatında iştirakına dair fərmanının ardınca Türkiyənin Bağdaddakı səfiri XİN-ə çağırılıb. 

İraq XİN-i Türkiyənin səfirinə etiraz notası təqdim edib və Türkiyədən öz hərbçilərini dərhal İraq əraziləridnən geri çəkməsini istəyib. 

Türkiyə XİN-i də İraqın Ankaradakı səfiri Hüşam Ələvini İraq parlamentinin Türkiyənin hərbçilərinin İraqdakı fəaliyyət müddətinin uzadılmasına qarşı bəyanatı ilə əlaqədar çağırtdırıb. 

İraq parlamentinin üzvü Zeynəb Arif Əl-Bəsəri İraq hökumətindən terrorizmi himayə və İraqda təfriqə yaratmaq ittihamı ilə Səudiyyə Ərəbistanı və Türkiyəni məhkəməyə verməsini istəyib. 

İraqlı deputat deyib: İraq dövləti Türkiyə və Səudiyyə Ərəbistanı ilə ticarət və iqtisadi əlaqələrini dayandırmalı, Türkiyə hərbçilərinin İraqdakı hərbi əməliyyatda iştirakının qarşısını almalı və bu ölkə məhsullarına blokada tətbiq etməlidir. 

Türkiyə 2015-ci ilin axırlarından başlayaraq İraq dövlətindən xəbərsiz olaraq Mosulun şimalında Bəşiqə qərargahında yüzlərlə hərbçi yerləşdirib. Bir ilin ötməsinə baxmayaraq İraqın şimalında Türkiyə hərbçilərinini fəaliyyəti davam etməkdədir.