Binali Yıldırım Türkiyənin İraqdakı hərbi fəaliyyətlərinin davam edəcəyini bildirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i238358-binali_yıldırım_türkiyənin_İraqdakı_hərbi_fəaliyyətlərinin_davam_edəcəyini_bildirib
Türkiyənin baş naziri ölkəsinin İraqın şimalında öz hərbi fəaliyyətlərini davam etdirəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2016 13:51 Asia/Baku
  • Binalı Yıldırım
    Binalı Yıldırım

Türkiyənin baş naziri ölkəsinin İraqın şimalında öz hərbi fəaliyyətlərini davam etdirəcəyini bildirib.

Mizan informasiya agentliyinin verdiyi məlumata görə, Binali Yıldırım bu gün deyib : Türkiyənin İraqın şimalında Bəşiqə gərargahındakı fəaliyyəti bu bölgənin etnik tərkibinin dəyişdirilməsinə mane olmaq məqsədi daşıyır. 

Digər tərəfdən İraqın XİN-i BMT  TŞ-ni Türkiyənin İraqa qarşı hərbi müdaxilələrini araşdırmaq üçün fövqəladə iclas keçirməyə çağırıb. 

İraqın XİN-i çərşənbə günü də Türkiyənin Bağdaddakı səfirini çağırtdırmışdı.

İraq parlamenti və partiyaları da Türkiyənin İraqdakı hərbi fəaliyyətini qınayıblar. 

Türkiyə 2015-ci ildən bəri İraqın şimalında yüzlərlə hərbçi yerlşdirib, İraq dövlətinin xəbəri olmadan həyata keçən bu qərar hələ də davam edir.