Əl-Anbar tayfaları Türkiyənin İraq hakimiyyətini pozmasına reaksiya verdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i239063-Əl_anbar_tayfaları_türkiyənin_İraq_hakimiyyətini_pozmasına_reaksiya_verdi
Əl-Anbar vilayəti tayfaları İraq hökumətindən milli hakimiyyətin pozulması ilə əlaqədar Türkiyəyə qətiyyətli reaksiya verməsini istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2016 08:25 Asia/Baku
  • Əl-Anbar tayfaları Türkiyənin İraq hakimiyyətini pozmasına reaksiya verdi
    Əl-Anbar tayfaları Türkiyənin İraq hakimiyyətini pozmasına reaksiya verdi

Əl-Anbar vilayəti tayfaları İraq hökumətindən milli hakimiyyətin pozulması ilə əlaqədar Türkiyəyə qətiyyətli reaksiya verməsini istəyiblər.

Əl-İraqiyyə televiziyası bildirib: Əl-Anbar vilayəti tayfaları nümayəndələri keçirdikləri böyük bir toplantıda Türkiyə hərbçilərinin İraqın şimalındakı iştirakının davam etməsini pisləyib və Heydər əl-İbadi hökumətinin qərarını dəstəkləyiblər. 

Əl-Anbar tayfalarının nümayəndələri bir bəyanatda bildiriblər: Bu vilayətin tayfaları bütün İraqda stabillik, təhlükəsizliyin bərpa olunması və ölkədə həmrəyliyin qorunması istiqamətində Türkiyə ordusu qüvvələrinin iştirakının davam etməsini İraqın milli hakimiyyətinin pozulması və iki ölkə arasında yaxşı qonşuluq prinsipinə zidd olduğunu bildirirlər. 

Həmçinin bu bəyanatda əlavə olunub: İraq hökumətindən qətiyyətlə ölkənin hakimiyyətinin pozulmasına reaksiya verməsini istəyirik. 

Əl-Anbar vilayəti tayfaları həmçinin ordu və xalq səfərbər qüvvələrin köməyi ilə bu vilayətin müdafiəsinə hazır olduqlarını bildiriblər.