Minlərlə Türkiyə şiəsi İmam Hüseyn (ə) əzadarlığı mərasimində
Okt 12, 2016 11:25 Asia/Baku
-
Minlərlə Türkiyə şiəsi İmam Hüseyn (ə) əzadarlığı mərasimində
Minlərlə türkiyəli qarageyimli əzadar bu ölkənin müxtəlif şəhərlərində Həzrət Əba Əbdillahil-Hüseynin şəhadətini yad edib.
Türkiyə şiələri İstanbul şəhərinin ətrafında, Kariz və İğdır şəhərlərində, bir neçə digər rayonda İmam Hüseynə (ə) əzadarlıq mərasimində iştirak ediblər.
Mərasimlərdə Türkiyə ələviləri qruplarının bəziləri Kərbəla döyüşünün əzab-əziyyətini canlandırıblar.
Türkiyə baş naziri Binəli Yıldırım da Ədalət və İnkişaf Partiyasının bəzi üzlvəri ilə iclasda deyib: Kərbəla döyüşü bizim üçün dərd, qəm-kədər mənasındadır.
Yıldırım əlavə edib: Kərbəla hadisəsi ibrət və xəbərdarlıqdır. Kərbəla ibrətlərinə etina etməyənlər, hər gün yeni kərbəlalar yaradırlar.