Okt 12, 2016 18:15 Asia/Baku
  • Region ölkələrində Aşura mərasimləri keçirilib
    Region ölkələrində Aşura mərasimləri keçirilib

Əba Əbdullahil-Hüseynin(ə) və vəfalı köməkçilərinin aşurası mərasimləri müxtəlif ölkələrdə o həzrətin aşiqlərinin geniş iştirakı ilə keçirilib.

İRNA-nın verdiyi məlumata görə, bu gün müqəddəs Kərbəla şəhərində iraqlı və digər ölkələr o cümlədən İran, Pakistan, Hindistan və Əfqanıstandan gələn zəvvarların geniş iştirakı ilə İmam Hüseyn(ə) və Əbəlfəzlül-Abbasin(ə) ziyarətgahlarında möhtəşəm matəm mərasimləri keçirilib. 

Aşura mərasimi həmçinin Livanda " məzlum Yəmən xalqı ilə həmrəylik günü" adı altında keçirilib. Bu gün Livanda Əhli-Beyt(ə) aşiqləri və Hüseyn(ə) əzadarlarının iştirakı ilə keçirilən mərasimlərdə Livan hizbullahının baş katibi seyid Həsən Nəsrullah da iştirak edib. 

Beyrutun cənubunda keçirilən mərasimdə seyid Həsən Nəsrullah Fələstin, İsrailin təhdidləri, bu rejim ilə qarşıdurmalar, müqavimət, İraq və Bəhreyn mövzuları barədə çıxış edib. 

Küveytdə İran İslam Respublikasının səfirliyində də Aşura mərasimi keçirilib. 

Alimlər, Küveytdə yaşayan iranlılar, Küveytdə xarici ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən matəm mərasimində, mərsiyələr oxunub, Aşura qiyamının müxtəlif cəhətləri açıqlanıb, bu qiyamın bütün dövlər üçün stimullaşdırıcı hadisə olduğu vurğulanıb. 

Teqlər