Bir iraqlı fəal Türkiyənin səfirinin qovulmasını istəyib
-
Feysəl-Xəzəli
Bir iraqlı fəal Türkiyənin səfirinin ölkədən qovulmasını istəyib
Suməriyyə Nyus-un verdiyi məlumata görə, İraqın Əsaib Əhləl-Haqq hərəkatının baş katibi Feysəl Xəzəli Türkiyə Prezidentinin İraqın baş nazirinin son bəyanatlarına bildirdiyi münasibətə reaksiya əlaməti olaraq Türkiyənin Bağdaddakı səfirinin qovulmasını və Türkiyə ilə ticarət əlaqələrinin dayandırılmasını təklif edib.
İraq parlamentində Milli Koalisiyanın üzvü Zeynəb Arif Əl-Bəsəri də Əl-İbadi barədə bəyanatlarında Ərdoğanın diplomatik etikaya riayət etməli olduğunu vurğulayaraq Türkiyənin səfirinin qovulmasını istəyib.
Bəsəri BMT və Təhlükəsizlik Şurası tərəfindən Türkiyə hərbçilərinin İraq ərazilərindəki fəaliyyətləri mövzusunun araşdırılmasını təklif edərək Ərdoğandan ölkəsinin daxili problemləri ilə məşğul olmağı və bu problemləri İraqa yaymaqdan çəkinməyi təklif edib.
Öncə də iraqlı deputatlar Türkiyə səfirinin qovulmasını tələb etmişdilər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışında İraqın baş nazirinin öz həddini bilməli olduğunu demişdir.
Türkiyə parlamentinin bu ölkə hərbçilərinin İraq ərazilərindəki fəaliyyətinin müddətinin uzaldılmasına dair son qərarı və İraq rəsmilərinin bu qərara qarşı tənqidləri iki ölkə əlaqələrində böhran yaratmışdır.